Türkiyədəki zəlzələdə hər kəsi kədərləndirən ata vəfat etdi - VİDEO 

Türkiyədəki zəlzələdə hər kəsi kədərləndirən ata vəfat etdi - VİDEO 

Hazırda oxunan: Türkiyədəki zəlzələdə hər kəsi kədərləndirən ata vəfat etdi - VİDEO 

170296

Fevralın 6-da Hatayda baş verən zəlzələdə həyat yoldaşı və 3 uşağını itirən Şerif Ölmez vəfat edib. 

Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, 61 yaşlı  Şerif Ölməz Hatayda ailəsinin yanında dəfn olunub. 

Ölmezə zəlzələdən iki ay sonra xərçəng diaqnozu qoyulmuşdu. Nəfəs çatışmazlığı şikayəti ilə xəstəxanaya yerləşdirilən Ş.Ölmezi xilas etmək mümkün olmayıb. 

Qeyd edək ki, Türkiyədəki dəhşətli zəlzələdə həyat yoldaşı və uşaqlarını itirən Şerif Ölmez təbii fəlakətdən sonra KİV-ə açıqlamasında ailəsinin dağıntılar altından sağ çıxacağını bildirmişdi. O, uşaqlarına peçenye saxladığını bildirərək, onların yolunu gözləyirdi və həmin görüntülərlə hər kəsi kədərləndirmişdi. 
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO