Türkiyə XİN: “Qara dəniz dəhlizinin canlandırılması istiqamətində səylər intensiv şəkildə davam edir”

Türkiyə XİN: “Qara dəniz dəhlizinin canlandırılması istiqamətində səylər intensiv şəkildə davam edir”

Hazırda oxunan: Türkiyə XİN: “Qara dəniz dəhlizinin canlandırılması istiqamətində səylər intensiv şəkildə davam edir”

170184

“Qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi və Qara dənizdə sabitliyin qorunmasında əsas rol oynayan, eləcə də dünya bazarlarına 33 milyon ton taxıl çatdıran Qara dəniz dəhlizinin canlandırılması istiqamətində səylər intensiv şəkildə davam edir”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı bildirib.

Avro-Atlantik coğrafiyasında müttəfiqlik və ikitərəfli münasibətlərin son 70 ildə Türkiyənin xarici siyasətinin mühüm mövzularından biri olduğuna diqqət çəkən Fidan ölkəsinin Avropa İttifaqına inteqrasiya prosesini inkişaf etdirmək əzmində olduğunu deyib.
Bunun baş verməsi üçün Aİ-nin də lazımi iradə nümayiş etdirməli olduğunu qeyd edən Fidan ittifaqın bəzi üzvlərinin dar maraq hesablamalarının yaratdığı strateji baxış və sağlam düşüncə çatışmazlığından qurtulmasının vacibliyini vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO