Çexiyanın paytaxtı Praqanın mərkəzindəki Karl Universitetində atışma olub.
Bizim.Media xəbər verir ki, Çexiya polisi atışma zamanı ölənlərin və yaralananların olduğunu bildirib.
Bildirilib ki, bəzi tələbələr binanın damında gizlənib, bəziləri əllərini yuxarı qaldıraraq meydana qaçıblar.
Hadisə ilə bağlı açıqlama verən şəhər merinin sözlərinə görə, sonda atəş açan şəxs intihar edib. Polis Jan Palaç meydanını və ətrafı bağlayıb.
Bizim.Media