Peskovdan Kiyevə XƏBƏRDARLIQ: NATO Donbasdakı nizamlanmaya kömək etməyəcək

Peskovdan Kiyevə XƏBƏRDARLIQ: NATO Donbasdakı nizamlanmaya kömək etməyəcək

Hazırda oxunan: Peskovdan Kiyevə XƏBƏRDARLIQ: NATO Donbasdakı nizamlanmaya kömək etməyəcək

17003

Kreml prezident Vladimir Zelenskinin Ukraynanın NATO-ya üzvlüyünün Donbasdakı münaqişənin həllinə kömək edəcəyinə dair açıqlamalarına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “korrespondent.net” saytı yayıb.

"Şübhə edirik ki, bu, Ukraynanın daxili probleminin həllinə kömək edəcək. Bizim nöqteyi-nəzərimizdən belə açıqlamalar vəziyyəti daha da ağırlaşdıracaq", - deyə 6 aprel çərşənbə axşamı günü Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. 

"NATO-ya qoşulma haqqında danışarkən hər halda xalqın fikrinə dəyər vermək lazımdır. Belə ki, özlərini respublika elan edən bölgələrdə (söhbət qondarma “DXR” və “LXR”-dən gedir) bir neçə milyon insanın fikrini soruşsanız, bu insanlar üçün NATO üzvlüyünün yanlış olduğunu başa düşəcəksiniz”, deyə o, qeyd edib.

Xatırladaq ki, bu gün Zelenski NATO-nun baş katibi Jens Stoltenberg ilə danışıq aparıb.

Söhbət zamanı o, bəyan edib ki, İttifaqa üzv olmaq üçün hazırlanan plan Rusiya üçün çəkindirici ola bilər:

“NATO-ya üzv Donbasdakı müharibəni bitirməyin yeganə yoludur”.

Bu ərəfədə Zelenski Britaniyanın Baş naziri Boris Conson ilə danışaraq Donbasdakı qarşıdurmanı müzakirə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO