Ərdoğan misirli həmkarı ilə İsrail-Fələstin cəbhəsində qalıcı atəşkəsin təmin edilməsini MÜZAKİRƏ EDİB

Ərdoğan misirli həmkarı ilə İsrail-Fələstin cəbhəsində qalıcı atəşkəsin təmin edilməsini MÜZAKİRƏ EDİB

Hazırda oxunan: Ərdoğan misirli həmkarı ilə İsrail-Fələstin cəbhəsində qalıcı atəşkəsin təmin edilməsini MÜZAKİRƏ EDİB

170001

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və misirli həmkarı Əbdülfəttah əs-Sisi arasında telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı İsrail-Fələstin müharibəsi, Qəzzaya humanitar yardımların çatdırılması və ikitərəfli münasibətlər müzakirə olunub.

Ərdoğan İslam ölkələrinin birlik içində İsrail-Fələstin cəbhəsində qalıcı atəşkəsin təmin edilməsi üçün başlatdıqları səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Növbəti dəfə Misir Prezidenti seçilən Sisiyə uğurlar diləyən Ərdoğan yeni dövrün Türkiyə-Misir münasibətləri üçün faydalı olacağına ümidvar olduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO