Rusiyadan növbəti NÜVƏ XƏBƏRDARLIĞI – “Gərginlik yuxarı həddədir, bundan sonrası...”

Rusiyadan növbəti NÜVƏ XƏBƏRDARLIĞI – “Gərginlik yuxarı həddədir, bundan sonrası...”

Hazırda oxunan: Rusiyadan növbəti NÜVƏ XƏBƏRDARLIĞI – “Gərginlik yuxarı həddədir, bundan sonrası...”

169928

Rusiya Prezidenti Vladimir Putin yüksək səviyyəli müdafiə rəsmiləri ilə görüşündə bildirib ki, Rusiya Qərblə “hibrid müharibə” şəraitində nüvə qüvvələrini artırır.

Moskvanın strateji qüvvələrinin ən yüksək hazırlıq səviyyəsində olduğunu vurğulayıb.

Putin Qərbin ona qarşı “hibrid müharibə” apardığı bir vaxtda Moskvanın nüvə arsenalını təkmilləşdirdiyini və strateji qüvvələrini ən yüksək hazırlıq səviyyəsində saxladığını bildirib. Görünən odur ki, Kreml yaranmış mövcud vəziyyətdə Qərbi nüvə silahı ilə təhdid etməyi düşünür. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya nüvə silahlarının ləğvinə dair Yaponiya ilə əməkdaşlığa XİTAM VERDİ 


Rusiya nüvə silahlarını təkmilləşdirməklə dünyaya hansı mesajı verir?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, Moskva nüvə silahını təkmilləşdirməklə bəşəriyyətə yeni dünya nizamının oturuşmalı olduğunun vacibliyini diqtə etmək istəyir:

“Dünya hazırda silahlanma mərhələsinə keçir. Bu da dünyada baş verən dərin qlobal hərbi-strateji kataklizmlərlə bağlıdır. Rusiya bir imperiya olaraq hesab edirsə ki, onun təhlükəsizliyini nüvə silahlarının təkmilləşdirilməsi təmin edəcək, bu onun öz qərarı olacaq. 

Qlobal problemdir...

Amma bütövlükdə, şübhəsiz ki, bütün silahlanma prosesi, xüsusən də nüvə silahlanması qloballaşan dünyada sadəcə bir ölkənin deyil, qlobal problemdir. Onsuz da mürəkkəb olan ekosistem və beynəlxalq münasibətlər sisteminin gərginliyi bundan daha artıq səviyyəyə qaldırmağa gücü çatmayacaq. 

Təəssüf ki, bu bir prosesdir və davam edəcək. Qarşıdakı mərhələdə yeni dünya nizamının oturuşması baş verəcək. O vaxta qədər də beynəlxalq münasibətlər sistemində bu cür gərginliklərin şahidi olmaqda davam edəcəyik”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO