İranda İsrail casusu ələ keçirildi

İranda İsrail casusu ələ keçirildi

Hazırda oxunan: İranda İsrail casusu ələ keçirildi

16976

İran bir İsrail agentini və xarici kəşfiyyat xidmətləri ilə təmasda olduğu iddia edilən bəzi şəxsləri nəzarətə götürüb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Euronews telekanalı verib.

Mənbə bildirir ki, İranın Fars Xəbər Agentliyi Şərqi Azərbaycan Kəşfiyyat Xidmətinə istinadən yaydığı xəbərində "İsrail agenti" olmaqda günahlandırılan bir şəxsin həbs olunduğunu açıqlayıb.

Məruzədə müxtəlif ölkələrin kəşfiyyat xidmətləri ilə əlaqəli olduğu iddia edilən "bəzi agentlərin" nəzarətə alındığı da bildirilib.

Həbs olunanların şəxsiyyəti barədə məlumat verilməyib və İsrail rəsmiləri bu xəbəri şərh etməyiblər. 

İsraili rəsmi olaraq tanımayan İran Təl-Əviv rəhbərliyini elm adamlarına qarşı təxribat və sui-qəsd aktlarının arxasında olmaqda günahlandırıb.

Belə ki, İsrail İranın paytaxtı Tehranda öldürülən nüvə sahəsi üzrə alim Muhsin Fahrizadenin qətlinə görə təqsirləndirilir.

Qeyd edək ki, ABŞ və İsrail kəşfiyyatına casusluqda günahlandırılan bir iranlı 2020-ci ildə edam edilib.

Tehran rəhbərliyi isə nüvə silahı yaratmaq iddiasını rədd edir.

Xəyalə Həsənova, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO