Putinin Türkiyəyə səfəri ilə bağlı KREMLDƏN AÇIQLAMA

Hazırda oxunan: Putinin Türkiyəyə səfəri ilə bağlı KREMLDƏN AÇIQLAMA

169448

“Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixləri hələ müəyyən edilməyib, lakin məsələ ilə bağlı iş gedir”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın hakim partiyası Putinin prezidentliyə namizədliyini dəstəklədi - VİDEO


“Bu səfər gündəmdədir, türkiyəli tərəfdaşlarımızla təmasdayıq, lakin hələ dəqiq tarixlər yoxdur. Bu, iki prezidentin iş qrafikinin razılaşdırılması məsələsidir”, - Kreml nümayəndəsi bildirib.

O, Putinin Türkiyəyə səfərə hazır olması ilə bağlı sözlərini xatırladıb.

“Fürsət yaranan kimi o, bunu edəcək. Ancaq indi daha çox daxili proseslərə diqqət yetiriləcək”, - D.Peskov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO