Aİ gələn il Ukraynaya görə növbədənkənar sammit keçirəcək

Aİ gələn il Ukraynaya görə növbədənkənar sammit keçirəcək

Hazırda oxunan: Aİ gələn il Ukraynaya görə növbədənkənar sammit keçirəcək

169238

“Avropa İttifaqı (Aİ) Ukraynaya 2027-ci ilə qədər 50 milyard avroluq yardım proqramını razılaşdırmaq üçüngələn ilin əvvəlində növbədənkənar sammit keçirəcək”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Aİ sammitindən sonra keçirilən mətbuat konfransında məlumat verib.

“26 ölkə Ukraynaya yardım proqramını dəstəklədi, amma 26 qəbul etmək üçün kifayət deyil, ona görə də bu təklifi razılaşdırmaq üçün 27 ölkənin iştirakı ilə xüsusi sammitimiz olacaq”, - deyə Mişel deyib.
Qeyd edək ki, daha əvvəl Almaniya kansleri Olaf Şolts mətbuat konfransında çıxış edərək Aİ ölkələrinin gələn ilin yanvar ayında Ukraynaya 50 milyard avroluq makromaliyyə yardımı ayıracağına dair məlumat vermişdi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO