Ukraynada partlayış törədən deputatı 10 il həbs gözləyir - TƏFƏRRÜAT 

Ukraynada partlayış törədən deputatı 10 il həbs gözləyir - TƏFƏRRÜAT 

Hazırda oxunan: Ukraynada partlayış törədən deputatı 10 il həbs gözləyir - TƏFƏRRÜAT 

169209

Xəbər verdiyimiz kimi, Ukraynanın Zakarpatiya oblastında deputatlardan biri kənd sovetinin iclasında partlayış törədib. 

Bizim.Media "Unian"a istinadən xəbər verir ki, qumbara partladan deputatın kimliyi məlum olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynada deputat iclasda qumbara partlatdı: Yaralananlar var - VİDEO  


Söhbət 54 yaşlı deputat Sergey Batrindən gedir. Onu 10 il həbs gözləyir. 

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni terror aktı kimi qiymətləndiriblər ki, bu, faktiki olaraq əmlakı müsadirə olunmaqla 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 

Hadisənin motivinə gəlincə, partlayışdan əvvəl Batrin deputatlarla mübahisə edərək, müharibə zamanı Keretskov icmasının başçısına müavinət və mükafatların ayrılmasına qarşı çıxıb. 
  
Qeyd edək ki, hadisə zamanı yaralananlar arasında Batrinin özü də var. Hazırda həkimlər onu həyata qaytarmağa çalışır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO