Putin: \

Putin: \"Odessa Rusiya şəhəridir\" - VİDEO

Hazırda oxunan: Putin: \"Odessa Rusiya şəhəridir\" - VİDEO

169019

"Odessa Rusiya şəhəridir. Bunu hamı bilir. Amma yox, onlar bununla bağlı boş-boş fikirlər səsləndirirlər".

Bizim.Media xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransında deyib.

Onun sözlərinə görə Ukrayna ilə münasibətlərin normallaşması təkcə Rusiyadan asılı deyil:

"Münasibətləri korlayan biz yox, başqaları oldular. Münaqişə başlamazdan əvvəl biz onilliklər boyu onlarla münasibətləri yaxşılaşdırmağa çalışdıq, lakin dövlət çevrilişi oldu".

Kremlin sahibi hesab edir ki, Ukraynanın cənub-şərq bölgəsi həmişə rusiyapərəst olub:

"Nə Krımın, nə də Qara dəniz regionunun Ukrayna ilə heç bir əlaqəsi yoxdur. 2014-cü il çevrilişindən sonra bizə məlum oldu ki, Ukrayna ilə münasibətləri yaxşılaşdırmağa icazə verilməyəcək.

ABŞ Ukraynada çevriliş üçün 5 milyard dollar xərcləyib. Bunu özləri də etiraf ediblər. Sərhədlərimizə doğru gəlmək, Ukraynanı NATO-ya daxil etmək, üstəlik Donbassda baş verənlər - hamısı indiki faciəyə gətirib çıxardı.

Bir çox avropalı liderlər zahirən özlərini general de Qoll kimi aparsalar da, praktikada İkinci Dünya Müharibəsində işğalçıların iradəsinə tabe olan marşal Petten kimi davranırlar".

Putin ABŞ-ın dünyada mühüm ölkə olduğunu bildirib:

"Biz Vaşinqtonla əməkdaşlığa hazırıq. Amma imperiya şüuru onlara bunu həyata keçirməyə mane olur. Onların öz daxilində bəzi daxili dəyişikliklər baş versə, başqa ölkələrə hörmət edəcəklər. Və bu zaman münasibətlərin qurulması üçün əsaslı şərait yaranar".
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO