Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 2024-cü ilin əvvəlində görüşməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, bunu Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.
Putin qeyd edib ki, həmkarı Ərdoğanla görüşmək üçün Türkiyəyə səfər etməyi planlaşdırıb, lakin Ərdoğanın qrafiki buna imkan verməyib.
“Biz Ərdoğanla razılaşırıq ki, bu səfəri gələn ilin əvvəlində həyata keçirək”, - deyə Rusiya dövlət başçısı bildirib.
Bizim.Media