BMT-dən PROQNOZ: Yaxın Şərqdə məcburi köçkün sayında artım olacaq

BMT-dən PROQNOZ: Yaxın Şərqdə məcburi köçkün sayında artım olacaq

Hazırda oxunan: BMT-dən PROQNOZ: Yaxın Şərqdə məcburi köçkün sayında artım olacaq

168908

BMT-nin Qaçqınlar üzrə ali komissarı Filippo Qrandi Qəzza zolağındakı vəziyyətlə əlaqədar Yaxın Şərqdə məcburi köçkünlərin sayının artacağını gözlədiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Faciəvi olsa da, biz regionu təhdid edən təhlükələr səbəbindən mülki əhali arasında ölüm hallarının, həmçinin məcburi köçkünlərin sayının artacağını gözləyirik”, - deyə Qrandi bildirib.
Qeyd edilib ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin son hesabatına əsasən, Qəzza zolağında təxminən 1,9 milyon insan məcburi köçkünə çevrilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO