“Türkiyə istər ölkə daxilində, istərsə də sərhəddən kənarda terrorla mübarizədə ən uğurlu dövrünü yaşayır”.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Türkiyə Böyük Millət Məclisində çıxışı zamanı deyib.
O qeyd edib ki, ölkə daxilindəki separatçı terror təşkilatı məhv olmaq həddinə çatdırılıb:
“Sərhədlərimizdə yaradılması arzulanan terror dəhlizi dağıdılıb. Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən bu ilin əvvəlindən indiyədək 2 min 67 terrorçu zərərsizləşdirilib. Türkiyənin FETÖ terror təşkilatı ilə mübarizəsinin tam sürətlə davam etdiyini diqqətə çatdıran nazir bildirib ki, 2016-cı il iyulun 15-dən indiyədək FETÖ ilə əlaqəsi olması səbəbindən Türkiyə Silahlı Qüvvələri sıralarından 23 min 971 şəxs xaric edilib”.
Bizim.Media