Roma Papasının dəfn olunacağı yer BƏLLİ OLDU

Roma Papasının dəfn olunacağı yer BƏLLİ OLDU

Hazırda oxunan: Roma Papasının dəfn olunacağı yer BƏLLİ OLDU

168809

Roma Papası Fransisk dünyasını dəyişdikdən sonra Romadakı “Santa Maria Maggiore” bazilikasında dəfn olunmasını istəyir.

Bizim.Media xəbər verir ki, bir neçə gündən sonra 86 yaşı tamam olacaq pontifik bu barədə Meksikanın N+ telekanalına müsahibəsində deyib.

“Yer artıq hazırlanıb, mən “Santa Maria Maggiore” bazilikasında dəfn olunmaq istəyirəm. Artıq dəfn mərasiminin təşkilatçıları ilə görüşmüşəm”, - deyə Fransisk bildirib.

Bir müddət öncə, pontifik tənəffüs yollarının iltihabı ilə müşayiət olunan qripə görə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Dubay şəhərində keçirilən Tərəflər Konfransında iştirak edə bilməyib. Lakin o, hazırda özünü daha yaxşı hiss etdiyini və kifayət qədər sağlam olduğunu vurğulayıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO