Ukrayna Krımı, Donetsk və Luqanskı geri qaytarmayacaq, Xarkov və Odessanı da itirə bilər.
Bizim.Media xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask bildirib.
O, X sosial şəbəkəsində milyarder Devid Saksın "Ukrayna Krımı, Donetski, Luqanskı, Xerson və Zaporojyenin çox hissəsini də həmişəlik itirəcək" yazısını şərh edib.
Saks həmçinin hesab edir ki, Kiyev sülh danışıqlarına başlamasa, Xarkovu, Odessanı, Xersonun qalan hissəsindən də məhrum olacaq.
"Düşünürəm ki, sizin qiymətləndirməniz düzgündür". Mask Saksın şərhinin altına belə qeyd yazıb.
Bizim.Media