Türkiyədə təqaüddə olan 10 admiral nəzarətə götürüldü

Türkiyədə təqaüddə olan 10 admiral nəzarətə götürüldü

Hazırda oxunan: Türkiyədə təqaüddə olan 10 admiral nəzarətə götürüldü

16852

Türkiyə hakimiyyəti Montrö Konvensiyası ilə bağlı Qara dənizin hərbiləşməsinin qarşısının alınmasına dair bəyanat imzalayan 10 təqaüdçü admiralı nəzarətə götürüb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Anadolu agentliyi yayıb.

Mənbə yazır ki, 103 keçmiş admiral tərəfindən imzalanan bəyanat məmurların əks reaksiyasına səbəb olub. Onların fikrincə, bu, ordudan mülki hökumətə birbaşa çağırış kimi qiymətləndirilməlidir.

İddiaya dair istintaq çərçivəsində üç gün ərzində daha dörd şübhəli polisə çağrılıb.

Habertürk xəbər saytı xəbər verir ki, admirallar dövlət təhlükəsizliyi və konstitusiya quruluşuna qarşı sui-qəsddə şübhəli bilinir.

Prezidentin sözçüsü İbrahim Kalın açıqlamada hökuməti devirmək üçün hərbi bir sui-qəsd əlamətlərinin olduğunu söyləyib:

“1936-cı ildə imzalanan Montrö Konvensiyası Bosfor və Çanaqqalada digər ölkələrdən gələn yük gəmilərinin istifadəsini tənzimləyir. Bu, Türkiyəyə sərhədlərindəki boğazları idarə etməyə imkan verir və barış vaxtı mülki gəmilərə girişi təmin edir.

Həm də hərbi-dəniz gəmilərinin girişini məhdudlaşdırır. 

Türkiyə İstanbulun şimalındakı Qara dənizi cənubdakı Mərmərə dənizi ilə birləşdirən nəhəng kanal inşa etməyi planlaşdırır. Hesab edirik ki, bu, Konvensiyanın təsiri altına düşməyəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO