Zelenski pul və silah üçün ABŞ-a gedir - Ancaq Vaşinqtonun TƏLƏBİ VAR

Zelenski pul və silah üçün ABŞ-a gedir - Ancaq Vaşinqtonun TƏLƏBİ VAR

Hazırda oxunan: Zelenski pul və silah üçün ABŞ-a gedir - Ancaq Vaşinqtonun TƏLƏBİ VAR

168501

“Prezident Volodimir Zelenski ABŞ-ın Kiyevə dəstəyi zəiflədiyi üçün Vaşinqtona gedir. Ukrayna rəhbərliyi ümid edir ki, amerikalı qanunvericilər Kiyevə yardımı təsdiqləyəcəklər".

Bizim.Media xəbər verir ki, bu barədə "The Washington Post" nəşri yazıb.

Mənbə xatırladır ki, çərşənbə günü Ukrayna və İsrailə çoxmilyardlıq yardımın ayrılması haqqında qanun layihəsi bloklanıb. 

Qeyd edək ki, Zelenskinin Baydenlə görüşdən əlavə bəzi qanunvericilərlə danışmaq imkanı olacaq. 

Xüsusilə, o, Ağ Evin Ukrayna, İsrail və Tayvana yardım paketini birləşdirən qanun layihəsinə qarşı çıxan Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüşəcək.

“The Hill” isə yazır ki, Ohayo ştatından senator Ceyms Devid Vense deyib ki, Ukrayna döyüşlərə son qoymaq üçün bir sıra əraziləri Rusiyaya verməlidir: "Bu isə tamamilə ABŞ-ın maraqlarına uyğundur".
Siyasətçi hesab edir ki, heç kim Ukraynanın 1991-ci il sərhədlərinə qayıda biləcəyinə inanmır və buna görə də münaqişə danışıqlarla yekunlaşmalıdır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO