Bayden Qəzzadakı vəziyyətlə bağlı Ərdoğana zəng edəcək?

Bayden Qəzzadakı vəziyyətlə bağlı Ərdoğana zəng edəcək?

Hazırda oxunan: Bayden Qəzzadakı vəziyyətlə bağlı Ərdoğana zəng edəcək?

168474

ABŞ Prezidenti Cozef Bayden Yaxın Şərqdəki vəziyyəti və ikitərəfli münasibətləri müzakirə etmək üçün yaxın günlərdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng vura bilər.

Bizim.Media xəbər verir ki, bu ehtimal “Hürriyet” qəzetində irəli sürülüb.

Mənbə xatırladır ki, Ərdoğan hazırkı vəziyyətdə Cozef Baydenə zəng etməyəcəyini, lakin ABŞ Prezidentinin zəng edəcəyi təqdirdə onunla mövcud məsələlərin müzakirəsinə hazır olduğunu dəfələrlə bildirib:

"Ankaranın bu mövqeyi həm də Vaşinqtonun Qəzza sektorunda baş verənlərə münasibətilə bağlıdır. Yaxın bir neçə gün ərzində Cozef Baydenin gözlənilən zəngi baş tutarsa, dövlət başçıları Yaxın Şərqdəki vəziyyəti, daimi atəşkəsi və hərbi əməliyyatlardan sonra Qəzza sektorunun statusunu müzakirə edəcəklər. Bundan əlavə, Türkiyəyə F-16 qırıcı təyyarələrinin satışı, həmçinin İsveçin NATO-ya üzvlüyü barədə məsələlərin də müzakirə olunacağı gözlənilir".
Nəşr qeyd edir ki, Ankara İsveçin NATO-ya üzvlüyünə qarşı deyil, lakin bu kontekstdə F-16 təyyarələri ilə bağlı müqavilənin təsdiqi məsələsində ABŞ Konqresindən müsbət addımlar gözləyir. Əgər bu məsələ amerikalı qanunvericilər tərəfindən razılaşdırılarsa, Türkiyə parlamenti çox güman ki, Stokholmun müraciətini təsdiqləyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO