Ukraynada Nizami Gəncəvinin abidəsi olan park salınır - FOTO

Ukraynada Nizami Gəncəvinin abidəsi olan park salınır - FOTO

Hazırda oxunan: Ukraynada Nizami Gəncəvinin abidəsi olan park salınır - FOTO

16844

Avqustun 23-də Ukraynanın Xarkov şəhərində "Filosoflar parkı" adlanan müasir istirahət parkının açılış mərasimi keçiriləcək. 

Bizim.Media xəbər verir ki, 2543 kvadrat metr ərazini əhatə edəcək park dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə, həmçinin, bu yaxınlarda 300 illik yubileyi qeyd olunacaq Ukraynanın tanınmış filosofu Qriqori Skovorodun və 200 illik yubileyi yaxınlaşan Qazaxıstanın görkəmli şairi Abay Kunanbayevin şərəfinə salınır.

Eyni zamanda parkda Ukrayna, Azərbaycan və Qazaxıstanın tarixi və mədəniyyətini əks etdirən stendlər nümayiş etdiriləcək.

Parkda "musiqli fəvvarələr" olacaq, Ukrayna, Azərbaycan və Qazaxıstanın milli musiqiləri səsləndiriləcək. 

İnformasiya kommunikasiya texnologiyaları ilə əhatə olunan parkda insanların istirahəti üçün hər cür şərait yaradılıb. 

Xatırladaq ki, sözügedən parkın açılış mərasimi 23 avqust Xarkov şəhər günü çərçivəsində baş tutacaq.

Bu il Xarkov şəhər gününə və parkın açılış mərasiminə Ukraynanın yüksək vəzifəli rəhbər şəxslərinin qatılması nəzərdə tutulub.  

Onu da bildirək ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO