Stokholmda Nobel mükafatının təqdimetmə mərasimi keçirildi - VİDEO

Stokholmda Nobel mükafatının təqdimetmə mərasimi keçirildi - VİDEO

Hazırda oxunan: Stokholmda Nobel mükafatının təqdimetmə mərasimi keçirildi - VİDEO

168405

İsveç Kralı XVI Karl Qustaf Stokholm Filarmoniyasında tibb, fizika, kimya, ədəbiyyat və iqtisadiyyat üzrə Nobel mükafatlarını təqdim edib.

Bizim.Media xəbər verir ki, 10 mükafatçıya diplom və qızıl medallar təqdim olunub.

Mərasimi açan Nobel Fondunun İdarə Heyətinin sədri Astrid Söderberq Uiddinq qeyd edib ki, “bu axşam mükafatlandırılan laureatlar elmin və ədəbiyyatın qüdrətindən xəbər verir. Onlar bizə göstərir ki, tək və birlikdə dünyanı dəyişə bilərik”.

Nobel Komitəsinin sədrinin açılış nitqindən sonra 2023-cü il laureatları ənənəvi olaraq tər çiçəklərlə bəzədilmiş səhnəyə çıxaraq qızıl medalları, diplomları və 9 milyon İsveç kronu (təxminən 850 min avro) məbləğində mükafatı qəbul ediblər.
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO