Fransa İsraillə Hizbullah arasında müharibənin qarşısını almağa çalışır.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin “Ynet” telekanalı m’lumat yayıb.
Bildirilib ki, bu həftənin sonunda İsraildə danışıqlar aparan yüksək səviyyəli Fransa nümayəndə heyəti Parisə qayıdıb. Səfərdə məqsəd Livanda İsrail və Hizbullah arasında mümkün hərbi qarşıdurmanın qarşısını almaqdır.
Yüksək rütbəli İsrail rəsmisinin sözlərinə görə, İsrail fransızlara açıq şəkildə bildirib ki, danışıqlardan sonra heç bir qətnamə əldə olunmasa, İsrail ordusu Hizbullaha qarşı hərbi əməliyyatlara başlaya bilər.
Qeyd edilib ki, dekabrın 8-də Fransa lideri Emanuel Makron İsrailin baş naziri Beyamin Netanyahu ilə telefonda Livandakı vəziyyəti müzakirə edib və Fransanın xarici işlər naziri Ketrin Kolonnanın yaxın günlərdə İsrailə səfər edəcəyi qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:27 / 09.12.2023
Fransa İsraillə Hizbullah arasında müharibənin başlanacağından NARAHATDIR
Hazırda oxunan: Fransa İsraillə Hizbullah arasında müharibənin başlanacağından NARAHATDIR
Hazırda oxunan: Fransa İsraillə Hizbullah arasında müharibənin başlanacağından NARAHATDIR
168280
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.