“Ukraynada davamlı sülhə nail olmaq üçün Kiyev hərbi əməliyyatları dayandırmalı və qoşunlarını Rusiya ərazisindən çıxarmalıdır”.
Bizim.Media xəbər verir ki, bu fikri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova Fransanın “Frans Press” (AFP) agentliyinə müsahibəsi zamanı Ukraynada müharibənin həllinin mümkün variantları ilə bağlı sualı cavablandırarkən bildirib.
Zaxarova bildirilib ki, Moskva danışıqlara açıqdır, lakin hazırda danışıqları aparmaq üçün Kiyevdə və ya Qərbdə siyasi iradə görmür.
“Sülh danışıqları üçün öncə Ukraynanın neytral, bloklara daxil olmayan və nüvəsiz statusunu təsdiqləmək, onun demilitarizasiyasını və denazifikasiyasını həyata keçirmək, yeni ərazi reallıqlarını tanımaq, bu ölkədə yaşayan rusdilli vətəndaşların və milli azlıqların hüquqlarını təmin etmək lazımdır”, - deyə Rusiya XİN rəsmisi qeyd edib.
O bildirib ki, sülhün ilkin şərtlərindən biri Qərbin Kiyevə silah ötürməyi dayandırıb “yeni ərazi reallıqlarını” qəbul etməsidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:12 / 09.12.2023
Zaxarova: “Ukrayna ilə sülh üçün Kiyev qoşunlarını Rusiya ərazisindən çıxarmalı, Qərb isə…”
Hazırda oxunan: Zaxarova: “Ukrayna ilə sülh üçün Kiyev qoşunlarını Rusiya ərazisindən çıxarmalı, Qərb isə…”
Hazırda oxunan: Zaxarova: “Ukrayna ilə sülh üçün Kiyev qoşunlarını Rusiya ərazisindən çıxarmalı, Qərb isə…”
168267
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.