Türkiyənin ORC araşdırma şirkəti ölkədə 31 mart 2024-cü ildə keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq fonunda təşkil etdiyi “2023-cü ilin ən uğurlu böyük şəhər bələdiyyə sədrləri” sorğusunun nəticələrini açıqlayıb.
Bizim.Media ölkə KİV-nə istinadən xəbər verir ki, sorğuya əsasən, Türkiyənin əsasə müxalifət partiyası olan CHP-nin üzvü, İstanbul bələdiyyə sədri Əkrəm İmamoğlu ən uğurlu 5 bələdiyyə sədri arasında yer alıb.
Reytinqdə birinci yeri əsasən türklərin və kürdlərin məskunlaşdığı Suriya ilə həmsərhəd Qaziantep şəhərinin bələdiyyə sədri Fatma Şahin tutub.
Qeyd edək ki, sorğu noyabrın 19-dan dekabrın 1-dək aparılıb və 51 vilayətdə ümumilikdə 22 min respondenti əhatə edib. Respondentlər yaşadıqları şəhər merinin işindən nə dərəcədə razı qaldıqlarını və fəaliyyətlərinin səmərəli olub-olmamasını qiymətləndiriblər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:48 / 09.12.2023
Türkiyədə 2023-cü ildə ən uğurlu bələdiyyə başçıları MÜƏYYƏNLƏŞİB - FOTO
Hazırda oxunan: Türkiyədə 2023-cü ildə ən uğurlu bələdiyyə başçıları MÜƏYYƏNLƏŞİB - FOTO
Hazırda oxunan: Türkiyədə 2023-cü ildə ən uğurlu bələdiyyə başçıları MÜƏYYƏNLƏŞİB - FOTO
168258
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.