Vaksin edilənlərə “immun pasport” veriləcək

Vaksin edilənlərə “immun pasport” veriləcək

Hazırda oxunan: Vaksin edilənlərə “immun pasport” veriləcək

16799

İngiltərə hakimiyyəti aprel ayında koronavirusa görə “immun pasport” sisteminin sınaqlarına başlayacaq. 

Bizim.Media “The Sunday Telegraph” a istinadla xəbər verir ki, vaksin edilənlərə verilən pasportların krallıqda geniş yayılması payıza gözlənilir.

 

MÖVZU İLƏ BAĞLI:

Vaksin vurduranlara “SMS icazə” tətbiq olunmayacaq?


Hökumətin krallığın sakinlərinə teatrları, gecə klublarını və futbol oyunları da daxil olmaqla müxtəlif kütləvi tədbirləri ziyarət etməsinə imkan verəcək bir sistem hazırladığı barədə ilk rəsmi məlumatı aprelin 5-də Baş Nazir Boris Conson verəcək.

Nəşrin mənbələrinə görə, "immun pasport" smartfonlarda tətbiq olunacaq. Müasir elektron cihazlardan istifadə etməyən insanlar üçün isə bu kağız formatında olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO