ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün avadanlıqlar GÖNDƏRİB

ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün avadanlıqlar GÖNDƏRİB

Hazırda oxunan: ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün avadanlıqlar GÖNDƏRİB

167944

ABŞ Ukraynaya” FrankenSAM” hibrid hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün texnoloji avadanlıqlar tədsrük edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ağ Ev məlumat verib.

Bildirilib ki, bu sistem müasir “yer-hava” tipli raketləri Ukrayna Silahlı Qüvvələrində artıq mövcud olan sovet dövrünün buraxılış qurğuları və radarları ilə birləşdirməyə imkan verəcək.

Quraşdırma variantlarından biri “Buk” buraxılış qurğuları və “Sea Sparrow” (“Dəniz sərçəsi”) raketlərini, digəri isə sovet radarlarını və “Sidewinder” raketlərini birləşdirir.

Ağ Evdən bildirilib ki, bu sistemlərin həm Ukraynada, həm də ABŞ-da paralel istehsalı onların Ukraynada yerləşdirilməsini sürətləndirməlidir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO