BBC Ukrayna: Kimin “İskəndər”ləri Qarabağı bombaladı?

BBC Ukrayna: Kimin “İskəndər”ləri Qarabağı bombaladı?

Hazırda oxunan: BBC Ukrayna: Kimin “İskəndər”ləri Qarabağı bombaladı?

16789

"Azərbaycan bildirir ki, Qarabağda Rusiyanın "İskəndər" raketlərinin qalıqlarını aşkarlayıb.Moskva bu silahların son müharibədə istifadə olunmadığını israr edir.

Bizim.Media xəbər verir ki, bu məlumatlar “BBC News Украiна”nın Qarabağda ikinci müharibə zamanı "İskəndər" raket sistemlərinin istifadəsinə dair məqaləsində yer alıb.

Məqalədə bildirilib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) cümə günü Bakıda iki raketin qəlpəsini göstərib. İddia olunur ki, bunlar Şuşa şəhərində aşkarlanan İskəndər raketlərinin parçalarıdır.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya “İsgəndər” raketinin Şuşada tapılması ilə bağlı istintaqa başladı - ŞOK ayrıntılar 


Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Artak Davtyan isə bu xəbərləri şərh etməkdən imtina edib:

"Heç nə deyə bilmirəm, çünki informasiya açıqlana bilməz".

Məqalədə Kremlin nümayəndəsi Dmitri Peskovun məsələ ilə bağlı açıqlaması da yer alıb. Bakının bəyanatlarını şərh edən Peskov bildirib ki, Qarabağ münaqişəsində "İskəndər" raket kompleksləri tətbiq edilməyib.

"Mənim bildiyimə görə, bu, yeni informasiyadır", - o jurnalistlərə deyib.

Yazıda “İskəndər”in istifadəsi ilə bağlı Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatlarına da toxunulub.

 

“Dağlıq Qarabağda döyüş əməliyyatlarının gedişatında "İskəndər" raketləri partlamayıb və ya atılan raketlərin yalnız 10%-i partlayıb”-deyən Paşinyanbununla sabiq prezident Serj Sarkisyanın erməni hərbçilərin döyüş əməliyyatlarının lap əvvəlində "İskəndər" raletlərinin tətbiq edə bilməsi barədə iddiasına cavab verib.


Paşinyan administrasiyası nəticədə onun iddiasını səhv adlandırıb və izah edib ki, baş nazirə yanlış məlumat veriblər.

Dmitri Peskovdan həmçinin Kremlin qırıntıları aşkarlanan "İskəndər" raketinin hardan çıxması barədə soruşulub.

"Yox, biz bu barədə informasiyaya malik deyilik", - Kremlin nümayəndəsi deyib.

Rusiya Müdafiə Nazirliyi hələ fevralda bildirirdi ki, Dağlıq Qarabağda münaqişə zamanı heç bir "İskəndər" raket kompleksindən istifadə olunmayıb.

Bir az əvvəl Dağlıq Qarabağda olmuş ukraynalı şərhçi Roman Boçkala qeyd edib ki, aşkar edilmiş raketlər böyük qalmaqal yarada bilər, axı Şuşaya atılan raket "Rusiyanın əl işinə oxşayır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO