Putin: “Rusiya və Türkiyənin energetika sahəsində əlaqələri əsl strateji xarakter daşıyır”

Putin: “Rusiya və Türkiyənin energetika sahəsində əlaqələri əsl strateji xarakter daşıyır”

Hazırda oxunan: Putin: “Rusiya və Türkiyənin energetika sahəsində əlaqələri əsl strateji xarakter daşıyır”

167437

“İkitərəfli münasibətlərin bütün əsas məsələləri Prezident Ərdoğanla mütəmadi ünsiyyətimizin gündəliyindədir. Xüsusi qeyd edim ki, Rusiya və Türkiyənin energetika sahəsində əlaqələri əsl strateji xarakter daşıyır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xarici ölkə səfirlərinin etimadnaməsinin qəbulu mərasimində deyib.

Putin bildirib ki, Rusiya-Türkiyə münasibətləri müxtəlif sahələrdə çoxillik səmərəli qarşılıqlı fəaliyyət təcrübəsinə əsaslanır.
““Rosatom” Türkiyədə ilk “Akkuyu” atom elektrik stansiyasının inşasını davam etdirir, “Mavi axın” və “Türk axını” boru kəmərlərinin istismarı çərçivəsində qaz nəqli sahəsində də sıx əməkdaşlıq əlaqələri qurulub, Türkiyə ərazisində qazpaylayıcı qovşağın yaradılması istiqamətində işlər davam etdirilir”, - deyə Rusiya lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO