Almaniyadan deportasiya olunandan sonra cinayət törədən şəxsə cəza istənilib

Hazırda oxunan: Almaniyadan deportasiya olunandan sonra cinayət törədən şəxsə cəza istənilib

167429

Bakıda şəxsi münaqişə nəticəsində adam bıçaqlamaqda təqsirləndirilən Samir Aşurovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

O, təqsirləndirilən Samir Aşurovun 8 il azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi dekabrın 18-də davam etdiriləcək.

İttihama görə, 2022-ci ilin aprelin 19-da paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Samir Aşurov aralarında yaranmış şəxsi münaqişə zəminində Şəki şəhər sakini Elşən Nəbiyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.
Samir Aşurova Cinayət Məcəlləsinin 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3 (silah və ya silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib.

Xatırladaq ki, Samir Aşurov ötən il martın 29-da Almaniyadan readmissiya olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO