Avropa Komissiyası (AK) Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olması barədə danışıqların başlanması üçün tövsiyələr hazırlayıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin Brüsseldə keçirilmiş brifinqində məlumat verilib.
“Biz öz tərəfimizdən danışıqların başlanması üzrə tövsiyələr hazırladıq. İndi Avropa İttifaqı ölkələri qərar qəbul etməlidirlər, çünki Ukrayna tərəfi danışıqların başlanması üçün bütün şərtləri yerinə yetirib”, — deyə məlumatda bildirilib.
Qeyd edək ki, daha əvvəl Avropa Komissiyası Ukraynanın Aİ-yə üzv olması barədə danışıqların başlanmasını təsdiq etmə prosedurunu sürətləndirmək istəyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:15 / 04.12.2023
Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlüyü üçün tövsiyələr hazırlayıb
Hazırda oxunan: Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlüyü üçün tövsiyələr hazırlayıb
Hazırda oxunan: Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlüyü üçün tövsiyələr hazırlayıb
167421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.