Türkiyədə blogerlərin gəlirləri araşdırılacaq - Böyük Millət Məclisi hərəkətə KEÇDİ

Hazırda oxunan: Türkiyədə blogerlərin gəlirləri araşdırılacaq - Böyük Millət Məclisi hərəkətə KEÇDİ

167372

Türkiyədə son zamanlar sosial media fenomenləri ilə bağlı araşdırmalar gündəmdədir. Türkiyə Böyük Millət Məclisi də məsələ ilə bağlı hərəkətə keçib. Bununla bağlı hazırlanan qanun layihəsinin məqsədi sosial mediada fəaliyyət göstərənlərin gəlirlərini araşdırmaq, qeydiyyatını aparmaq və vergiyə cəlb etməkdir. 

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyədə bir çox məşhur adların həbsindən sonra çirkli pulların yuyulması ilə bağlı araşdırmaların əhatə dairəsi də genişləndirilib.

Proses davam etdiyi vaxtda artıq fenomenlərlə bağlı tənzimləmə qaydalarının tətbiqi üçün işlərə başlanılıb. 

Yeni qaydalara əsasən, fenomenlərin gəlirləri daim diqqət mərkəzində olacaq, qazanclarının mənbəyi araşdırılacaq, gəlirləri tam şəkildə vergiyə cəlb olunacaq. 

Qaydalara əməl edilməzsə, bu platformalar məhdudlaşdırılmalara, yayım və reklam qadağalarına məruz qalacaq. Hətta lisenziyanın ləğvi də daxil olmaqla, bəzi sanksiyaların tətbiq də mümkün olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO