“Avropa nüvə silahı sahəsində də müdafiə qabiliyyətini artırmalıdır. Avropa İttifaqının yaxın gələcəkdə qarşılaşacağı əsas qüvvə Rusiyadır”.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın keçmiş xarici işlər naziri Yoşka Fişer “Die Zeit” qəzetinə müsahibəsində danışıb.
“Nə qədər ki, Putinin imperiya ideologiyasını izləyən qonşu Rusiya var, biz onu cilovlamağı bacarmalıyıq”, - deyə Fişer bildirib.
Keçmiş nazir Almaniyanın xüsusi olaraq nüvə silahı əldə etməsinə qarşı çıxıb. Lakin onun fikrincə, Avropa bütövlükdə öz nüvə potensialını artırmalıdır.
“Dünya dəyişib. Putin nüvə şantajı ilə məşğuldur. Ümid edirəm ki, Avropa və ABŞ əməkdaşlığı davam etdirəcək - bəs Donald Tramp yenidən seçilsə, necə? Bu ssenarini nəzərə alaraq, Avropa özünü ciddi şəkildə sorğulamalıdır” - deyə Fişer qeyd edib.
Bundan əlavə, Fişer adi silahların hazırlanmasının vacibliyini vurğulayıb.
“Bu, Ukraynanın bizə öyrətdiyi dərsdir. Ukraynanın təcili olaraq effektiv hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Bizim də effektiv hava hücumundan müdafiə sisteminə ehtiyacımız var. Bunu birlikdə etməliyik. Həmçinin kibertəcavüzdən qorunmağı bacarmalıyıq”, - deyə Yoşka Fişer vurğulayıb.
Fişer Aİ-nin mövcud siyasət problemlərini “üçlü böhran” kimi görür.
Birincisi, ABŞ-ın Avropa problemlərindən çıxması ilə əlaqədar yaranan geosiyasi böhrandır. İkincisi, süni intellekt və texnologiyanın təhlükəyə çevrilməsidir. Üçüncüsü, iqlim böhranıdır.
Fişerin fikrincə, bu 3 amil yaxın gələcəkdə Aİ siyasətində prioritetə çevrilməlidir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:50 / 03.12.2023
“Putin nüvə şantajı ilə məşğuldur” - Almaniyanın keçmiş xarici işlər naziri
Hazırda oxunan: “Putin nüvə şantajı ilə məşğuldur” - Almaniyanın keçmiş xarici işlər naziri
Hazırda oxunan: “Putin nüvə şantajı ilə məşğuldur” - Almaniyanın keçmiş xarici işlər naziri
167251
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.