“Məhbus mübadiləsi prosesi zamanı əlimizdə olan bütün əsir qadın və uşaqları azad etdik”.
Bizim.Media xəbər verir ki, bunu HƏMAS Siyasi Bürosunun sədr müavini Salih Aruri deyib.
Xatırladaq ki, bu il oktyabrın 7-dən başlayaraq HƏMAS-la İsrail dövləti arasında qarşıdurma yaranıb.
Bu günədək hər iki tərəfdən xeyli sayda insan həlak olub. İsrail ordusu artıq Qəzza zolağının xeyli hissəsini ələ keçirib.
Dubayda keçirilən COP28 sammiti çərçivəsində mətbuat konfranslarında çıxış edən ABŞ-ın vitse-prezidenti Kamala Harris deyib ki, İsrailin ABŞ-ın terror təşkilatı kimi tanıdığı HƏMAS-a qarşı hərbi əməliyyat aparmağa legitim hüququ var. Həmin hücum nəticəsində 1200 nəfər ölüb, təxminən 240 nəfər qaçırılıb.
Onlardan 100-ü yenicə başa çatan yeddi günlük atəşkəs çərçivəsində fələstinli məhbusların müqabilində azadlığa buraxılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:00 / 03.12.2023
HƏMAS əsirlikdə olan bütün qadın və uşaqları azad edib? - RƏSMİ
Hazırda oxunan: HƏMAS əsirlikdə olan bütün qadın və uşaqları azad edib? - RƏSMİ
Hazırda oxunan: HƏMAS əsirlikdə olan bütün qadın və uşaqları azad edib? - RƏSMİ
167197
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.