İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 39-cu Nazirlər Toplantısı start götürüb.
Bizim.Media xəbər verir ki, tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir.
Mərasimin yüksək səviyyəli ekspertlər toplantısında gündəlikdə duran məsələlər üzrə texniki müzakirələr aparılacaq və nazirlər sessiyasına təqdim edilmək üçün qərar layihələri hazırlanacaq.
Tədbirdə COMCEC-ə üzv ölkələr arasında ticarət, maliyyə, nəqliyyat, kommunikasiya, kənd təsərrüfatı, turizm, yoxsulluğun azaldılması, rəqəmsal transformasiya sahələrində əməkdaşlığın təkmilləşdirilməsi səyləri ilə bağlı müzakirələr aparılacaq. Bununla yanaşı, tədbir əsnasında “Halal sertifikatlarının qlobal səviyyədə tanınması” və “Qlobal mübahisələrin alternativ həlli” mövzularında panel iclasların keçirilməsi planlaşdırılır.
Tədbirin rəsmi açılış mərasimi dekabrın 4-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutacaq.
Toplantı dekabrın 5-dək davam edəcək.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:23 / 02.12.2023
İstanbulda İƏT-in toplantısı keçirilir
Hazırda oxunan: İstanbulda İƏT-in toplantısı keçirilir
Hazırda oxunan: İstanbulda İƏT-in toplantısı keçirilir
167148
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.