Bu da oldu: “Vaksin turizmi” trendə çevrilməkdədir

Bu da oldu: “Vaksin turizmi” trendə çevrilməkdədir

Hazırda oxunan: Bu da oldu: “Vaksin turizmi” trendə çevrilməkdədir

16705

Türkiyədə yeni turizm növü populyarlıq qazanıb. Bəzi turizm şirkətləri “Vaksinasiya turları”na start verib.

Bu barədə Türkiyənin “Hürriyyət” qəzetinin jurnalisti Burak Çoşan məlumat verib.

Müəllif qeyd edib ki, əksər ölkələrdə böyük peyvənd növbələri olduğu bir vaxtda, Moskvada hətta turistlər üçün rahatlıqla peyvənd olunmaq imkanı yaradılıb.  

Türkiyədən  Rusiyaya “Vaksinasiya turları” təşkil edən tur operatorlardan birinin qonağı olan Burak Coşan, əldə etdiyi məlumatları  oxucuları ilə bölüşüb. Bildirib ki,  Moskva turlarına turistin gediş-gəliş biletləri,hotel xərclləri,şəxsi bələdçi, şəhər turu və “Sputnik-V” peyvəndi ilə vaksinasiyası daxildir.

Tur paketin qiyməti isə 1099 avrodur. Jurnalist açıqlayıb ki, vaksinasiya olunan şəxslərə peyvənd pasportu əvəzinə  beynəlxalq sertifikat təqdim olunur.2 gün davam edən səfərin ilk günü qonaqlar peyvənd olunur.

Sonrakı 24 saat ərzində qonaqların pulsuz tibbi yardım almaq imkanı da var.

Türkiyəyə geri dönməzdən əvvəl, qonaqların Qırmızı meydana, Moskva metrosuna və Nazim Hikmətin mavzoleyinə  gəzintisi də təşkil olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO