Əri tərəfindən əli kəsilən teaparıcı, yazar Marqarita Qraçova üçüncü dəfə ana olacaq.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “rueconomics.ru” saytı yayıb.
Mənbə yazır ki, Marqarita Qraçova 4 il əvvəl boşanmaq istədiyi üçün əri tərəfindən meşəyə aparılaraq saatlarla işgəncəyə məruz qalıb. Əri Dmitri onun əllərini balta ilə kəsib.
Həkimlər möcüzə nəticəsində Marqaritanın bir əlini bərpa edə biliblər. 9 saat davam edən əməliyyat uğurla nəticələnib.
Xanımın bir əlinin yerinə isə beyin impulsları ilə idarə olunan bionik protez qoyublar. Protezin pulu sosial şəbəkələr vasitəsi ilə yığılıb.
Marqarita bu dəhşətdən nəinki özünə gələ bilib, hətta özünə yeni həyat qurub.
O, 2019-cu ildə ikinci dəfə ailə qurub və həyat yoldaşı Maksim ilə ilk evlilikdən olan oğlanlarını böyüdürlər.
Xoşbəxt cütlük daha bir uşaq gözləyirlər. Marqaritanın manyak həyat yoldaşı isə 14 il müddətində azadlıqdan məhrum edilib.
Bizim.Media