“Rusiya ilə Ermənistan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə böyük siyasi təsiri var. Axı iki ölkə arasında bir çox sahələrdə mövcud olan əlaqələrin dərinliyi münasibətlərə siyasi etimad şəraitində formalaşıb. Təbii ki, bu inam qırılanda, münasibətlərdə ciddi siyasi problemlər yarananda bütün digər sahələrə yayılır”.
Bizim.Media xəbər verir ki, bu sözləri rusiyalı politoloq Fyodor Lukyanov Ermənistan mətbuatına müsahibəsində deyib.
O, həmçinin xatırladıb ki, Ermənistan KTMT və AİB üzvüdür və bunun sayəsində bir çox sahələrdə, o cümlədən güzəştli qaz qiymətlərində imtiyazlar əldə edib.
“İkitərəfli problemlər bu aspektlərdə münasibətlərə təsir edir, çünki siyasi münasibətlər həlledicidir. Və Ermənistan-Rusiya münasibətlərində bir sıra ciddi obyektiv və subyektiv problemlər yaranıb. Bəlkə də bu sərt ritorika naminə Ermənistan Qərbin rəğbətini qazanıb.
Rusiya isə Ermənistan tərəfdən mövcud olan siyasi boykotu nəzərə alaraq, əslində heç bir şəkildə ciddi reaksiya vermir, gələcək inkişafı və qlobal problemlərin həllini gözləməyə çalışır”, - deyə politoloq bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:42 / 30.11.2023
"Ermənistan Kremlə qarşı siyasi boykot elan edib" - Rusiyalı politoloq
Hazırda oxunan: "Ermənistan Kremlə qarşı siyasi boykot elan edib" - Rusiyalı politoloq
Hazırda oxunan: "Ermənistan Kremlə qarşı siyasi boykot elan edib" - Rusiyalı politoloq
166795
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.