Netanyahu TƏSDİQLƏDİ: “Atəşkəs bitən kimi İsrail hərbi əməliyyatlara başlayacaq”

Netanyahu TƏSDİQLƏDİ: “Atəşkəs bitən kimi İsrail hərbi əməliyyatlara başlayacaq”

Hazırda oxunan: Netanyahu TƏSDİQLƏDİ: “Atəşkəs bitən kimi İsrail hərbi əməliyyatlara başlayacaq”

166739

“Son bir həftə ərzində böyük uğur əldə etdik – girov götürülmüş onlarla vətəndaşımızın geri qaytarılmasına nail olduq. Bir həftə əvvəl bunu təsəvvür etmək qeyri-mümkün görünə bilərdi, lakin biz buna nail olduq. Lakin son günlər tez-tez girovların qaytarılmasının bu mərhələsi başa çatdıqdan sonra İsrailin döyüşə qayıdıb-qayıtmayacağı ilə bağlı sual eşidirəm. Bunun cavabı birmənalı olaraq “hə”dir”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu məlumat verib.

Qeyd edək ki, noyabrın 24-də Qəzza zolağında humanitar atəşkəs elan edilib. İsrail və HƏMAS arasındakı razılaşmaya görə, sonuncu 150 fələstinli məhbusun əvəzində 50 nəfəri azad etməyi öhdəsinə götürüb.
Daha sonra Qətər və Misir hökumətlərinin səyləri nəticəsində humanitar atəşkəs müddəti daha 2 gün uzadılıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO