Türkiyədə rusiyalı ana və qızı qətlə yetirildi - DETALLAR/FOTO/VİDEO

Türkiyədə rusiyalı ana və qızı qətlə yetirildi - DETALLAR/FOTO/VİDEO

Hazırda oxunan: Türkiyədə rusiyalı ana və qızı qətlə yetirildi - DETALLAR/FOTO/VİDEO

166623

Türkiyənin kurort şəhəri Bodrum yaxınlığında Rusiya vətəndaşı olan iki qadının - ana və qızının meyiti tapılıb.

Bizim.Media CNN Türk-ə istinadən xəbər verir ki, çarşaflara bükülmüş və kəndirlə bağlanmış meyitlər Bodruma gedən yolun yaxınlığındakı tapılıb.

Onları ərazidə patrul aparan polis əməkdaşları aşkar ediblər.

“Anterhaber” nəşri iddia edir ki, odlu silahla qətlə yetirilən qadınlardan biri model kimi çalışmış, Bodrum, İstanbul və Kapadokyada dəbdəbəli saytlar və geyim brendləri üçün çəkiliş kampaniyalarında iştirak etmiş İrina Dvizovadır. Nəşrin məlumatına görə, o, güllələnib və qətldə şübhəli bilinən “əcnəbi şəxs” axtarışa verilib.

Rusiyanın “Mash” Telegram kanalı isə Türkiyədə öldürülən rusiyalı qadının 42 yaşlı İrina Dvizova olduğunu, onunla birlikdə 15 yaşlı qızı Dayananın da qətlə yetirildiyini yazır. Bodrumda villa kirayələyən Dvizovanın əvvəllər model olduğu, lakin Türkiyədə rieltor kimi çalışdığı bildirilib.
“Shot” Telegram kanalının məlumatına görə, İrina Dvizovanın qətldə şübhəli bilinən keçmiş ərinin Türkiyəni tərk etdiyi bildirilir. Onun Finlandiya vətəndaşı olduğu iddia olunur.
 





Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO