ABŞ prezidenti Cozef Bayden Konqresdə silahlı insident nəticəsində həlak olmuş polis əməkdaşı Uilyam Evansın xatirəsinə ehtiram əlaməti olaraq ölkədə hökumət binalarının üzərindəki bayraqların endirilməsi barədə göstəriş verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Anadolu agentliyi yayıb.
ABŞ lideri bununla bağlı yazılı bəyanat yayıb:
“Həyat yoldaşım Jill və mən ABŞ Konqresinin şəhərciyindəki bir təhlükəsizlik məntəqəsində zabit Uilyam Evansın öldürülməsinə və bir iş yoldaşının yaralanmasına səbəb olan şiddətli hücumu eşidəndə dərindən kədərləndik”.
Polis Evansın ailəsinə və yaxınlarına başsağlığı verən Bayden hadisə ilə əlaqədar daxili təhlükəsizlik müşavirindən davamlı məlumat aldığını bildirib.
Ağ Ev Baydenin ABŞ bayraqlarının bütün hökumət binalarının üzərindən endiriləcəyi barədə bəyanatını yayıb. Bu, ABŞ-ın bütün səfirliklərinə, hərbi bazalarına və gəmilərə də aiddir.
Daha əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi (Kaliforniya ştatından demokrat) polisin həlak olması ilə əlaqədar Kapitolidə bayraqları endirməyə göstəriş verib.
Qeyd edək ki, ABŞ-da naməlum şəxs avtomobilini Kapitolinin nəzarət-buraxılış məntəqəsinə çırpıb.
Bundan sonra sürücü bıçaqla polis əməkdaşlarına xəsarət yetirib. Nəticədə 2 polis əməkdaşı yaralanıb.
Cinayətkar güllələnərək öldürülüb, eyni zamanda polis əməkdaşlarından biri də aldığı ağır xəsarətlərdən xəstəxanada vəfat edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:25 / 03.04.2021
ABŞ-da bayraqlar endiriləcək - SƏBƏB
Hazırda oxunan: ABŞ-da bayraqlar endiriləcək - SƏBƏB
Hazırda oxunan: ABŞ-da bayraqlar endiriləcək - SƏBƏB
16661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.