İsrailli girovların 5-ci qrupu BQXK-ya TƏHVİL VERİLDİ - VİDEO

İsrailli girovların 5-ci qrupu BQXK-ya TƏHVİL VERİLDİ - VİDEO

Hazırda oxunan: İsrailli girovların 5-ci qrupu BQXK-ya TƏHVİL VERİLDİ - VİDEO

166576

HƏMAS-ın Qəzzada saxladığı girovların beşinci qrupunun Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinə təhvil verilməsinə başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” Misir rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, bu qrupa 10 girov daxil edilib.

İsrail də öz növbəsində bu gün 15-i yeniyetmə olmaqla 30 fələstinli məhbusu azad edəcək.

Qeyd edək ki, noyabrın 24-də Qəzza zolağında humanitar atəşkəs elan edilib. İsrail və HƏMAS arasındakı razılaşmaya görə, sonuncu 150 fələstinli məhbusun əvəzində 50 nəfəri azad etməyi öhdəsinə götürüb.
Daha sonra Qətər və Misir hökumətlərinin səyləri nəticəsində humanitar atəşkəs müddəti daha 2 gün uzadılıb.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO