Hakan Fidan Blinken və Stoltenberqlə İsveçin NATO-ya üzvlük məsələsindən DANIŞIB - FOTO

Hazırda oxunan: Hakan Fidan Blinken və Stoltenberqlə İsveçin NATO-ya üzvlük məsələsindən DANIŞIB - FOTO

166570

Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin növbəti toplantısında iştirak etmək üçün Brüsselə səfər edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.

Məlumata görə, səfər çərçivəsində Hakan Fidanın NATO-nun Baş katibi Yens Stoltenberq və ABŞ-ın Dövlət katibi Entoni Blinken ilə görüşləri keçirilib.

Görüşlərdə İsrail-Fələstin münaqişəsində son vəziyyət və İsveçin NATO-ya üzvlük məsələsi müzakirə edilib.

Qeyd edək ki, Brüsseldə keçirilən XİN başçılarının toplantısında Rusiya-Ukrayna qarşıdurması, Ukraynanın NATO-ya üzvlük yolunda yerinə yetirməli olduğu öhdəliklər, Yaxın Şərq böhranı kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO