Ərdoğan iranlı həmkarı ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

Hazırda oxunan: Ərdoğan iranlı həmkarı ilə Qəzzadakı vəziyyəti müzakirə etdi

166528

İran Prezidenti İbrahim Rəisi ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Bizim.Media xəbər verir ki, bu barədə İran Prezidentinin saytında məlumat verilib.

Telefon danışığı zamanı Rəisi İran və Türkiyə arasında birgə əməkdaşlığın müsəlman ölkələri arasında qarşılıqlı fəaliyyət modeli ola biləcəyini bildirib.

Rəisi əlavə edib ki, Qəzza xalqı HƏMAS vasitəsilə bölgənin gələcəyi üçün qərar verməlidir:

"ABŞ-ın müdaxilə etməyə və qərar verməyə haqqı yoxdur. Rəsmi Vaşinqtonun müdaxiləsi uğursuzluğa məhkumdur".

Ərdoğan Tehran və Ankara arasındakı yaxşı və konstruktiv münasibətlərə toxunaraq bu münasibətləri imtiyazlı və müstəsna səviyyəyə qaldırmaq səylərini vurğulayıb.

O, həmçinin, iki ölkə arasında Ali Əməkdaşlıq Şurasının iclasını keçirməyə hazır olduğunu bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO