Bu gün Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ lideri Cozef Bayden arasında ilk telefon danışığı olub.
Bizim.Media “İnterfax” istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
YENİ MÜHARİBƏ OCAĞI: Zelenskidən Donbasda ölən 4 hərbçi ilə bağlı açıqlama
"Prezident Bayden Ukraynanı hərtərəfli dəstəkləyir, onun komandası isə Zelenskinin islahat məsələlərində hər şeyi qiymətləndirir. Cozef Bayden əlavə edib ki, Ukraynaya yenidən səfər etmək imkanını gözləyir, həmçinin Ukrayna parlamentində öz çıxışını xatırladı", - Yermak “Facebook” səhifəsində yazıb.
Demokratiyanı qorumaq məsələsində çiyin-çiyinə dayandıqlarını bildirən Ukrayna Prezidenti Co Baydenin hərtərəfli dəstəyini yüksək qiymətləndirib.
Bizim.Media