Serbiya və Kosova arasında gərginlik yenidən artıb.
Bizim.Media xəbər verir ki, tərəflər arasında sabitliyi təmin etmək üçün Britaniyaya məxsus sülhməramlıları sərhəd əraziyə gətirilib.
Məlumata görə, Türkiyəyə məxsus sülhməramlılar da əraziyə cəlb ediliblər.
Qeyd edək ki, hazırda bölgədə olan sülhməramlıların komandanlığı Türkiyəyə aiddir.
Məlumat üçün bildirək ki, son dövrlərdə serblərin kompakt yaşadığı Kosovanın şimal bölgələrində gərginlik müntəzəm olaraq artır.
Bizim.Media