“İƏT Modeli-2023” proqramında qlobal iqlim dəyişikliyi problemi MÜZAKİRƏ OLUNDU - FOTO

“İƏT Modeli-2023” proqramında qlobal iqlim dəyişikliyi problemi MÜZAKİRƏ OLUNDU - FOTO

Hazırda oxunan: “İƏT Modeli-2023” proqramında qlobal iqlim dəyişikliyi problemi MÜZAKİRƏ OLUNDU - FOTO

166387

27 noyabr 2023. İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), və Pakistan Milli İƏT Modelinin  təşkilatçılığı və Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının dəstəyi ilə Pakistanın Islamabad şəhərində yerləşən Regional Tədqiqatlar İnstitutunda üç gün ərzində “İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Modeli Simulyasiyası” tədbiri  keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirin açılış mərasimində müqəddəs Qurandan ayə oxunduqdan sonra Pakistan Milli İƏT Modeli üzrə layihə koordintoru Rutaba Tariq tədbiri açıq elan edərək, proqramın məqsədləri və indiyə qədər bu ölkə ərazisində keçirilən İƏT Modeli tədbirləri barədə geniş məlumat verib. 

Təbrik nitqləri  ilə çıxış edən İƏGF Avrasiya Regional Mərkəzinin direktor vəzifəsini icra edən Vüsal Qurbanov, İƏGF Avrasiya Regional Mərkəzin idarə heyətinin üzvü Aygül Qabdrrəhmanova, İndoneziya İƏT Gənclər Təşkilatının sədri Astrid Nadya Rizqita iştirakçıları salamlayaraq, tədbirin uğurlu keçməsini arzu ediblər. Əsas məruzəçi qismində çıxış edən Pakistan Xarici İşlər nazirliyi İƏT Bölməsinin direktoru səfir Bilal Əkrəm Şah və Pakistan Regional Tədqiqatlar İnstitutunun prezidenti səfir Nədim Niyaz hazırda qlobal problem olan iqlim dəyişikliyindən, gənclərin bu fenomenlə mübarizədə oynaya biləcəyi roldan, eləcə də post-Covid dövründə İƏT ölkələrinin üzləşdiyi problemlərdən bəhs ediblər.

V.Qurbanov öz çıxışında bunları bildirib:

“Bu yaxınlarda Bakıda keçirilən İƏT Əmək Nazirlərinin 5-ci konfransının yekun qərarına əsasən, bu şəhərdə İƏT Əmək Mərkəzi təsis edilib. Azərbaycanın İƏGF Avrasiya Regional Mərkəzinə, eləcə də İƏT Əmək Mərkəzinə ev sahibliyi etməsi, Azərbaycan hökumətinin İƏT və üzv-ölkələrlə əlaqələrin inkişafına göstərdiyi xüsusi diqqətin nümunəsidir”. V.Qurbanov eləcə də İƏGF-yə üzv təşkilatların İsrailin Fələstin xalqına qarşı hərbi təcavüzünü kəskin pislədiyini iştirakçıların nəzərinə çatdırıb.

Pakistanın müxtəlif universiet və şəhərlərindən olan 50-yə yaxın pakistanlı gənc liderin, eləcə də İndoneziya gənclərindən ibarət xüsusi nümayəndə heyətinin iştirak etdiyi və İƏT iclaslarını simulyasiya edən “İƏT Modeli” konfransında müzakirə olunan əsas mövzu “Yaşıl gələcəyin planının tərtib edilməsi: iqlim dəyişikliyi ilə mübarizədə və ətraf mühitin qorunmasında İƏT-in rolu” olub. İqlim dəyişikliyinin İƏT ölkələrində prioritet məsələ olduğunu vurğulayan iştirakçılar gənclərin gəlcəkdə bu prosesdə iştirakının daha aktiv olmasının vacibliyini bildiriblər.

Bu mövzu ilə bağlı, V.Qurbanov Azərbaycanın işğaldan azad olumuş ərazilərində yaşıl enerji istehsalının prioritet olduğunu bildirərək, İƏT ölkələrinin də Azərbaycanla birgə bu ərazilərdə yenidənqurma və ekologiyanın bərpası prosesində iştirak etdiyini nəzərə çatdırıb.

Tədbirin ilk günündə səfir Nədim Niyazın moderatorluğu ilə “Diplomatiya səngərində: real nəticələrə real baxışlar” və Beynəlxalq Münasibətlər üzrə Kəşmir İnstitutunun sədri Altaf Hüseyn Vani, Kəşmir Gənclər Forumunun icraçı direktoru Zaman Bacvanın moderatorluğu ilə “Siyasi münaqişələrin ətraf mühitə təsiri: Hindistanın işğal etdiyi Camu və Kəşmir və Dağlıq Qarabağ örnəyi” mövzuları üzrə diskusiyyalar keçirilib.

Tədbirin ikinci günü isə Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatını Proqram və Layihələr üzrə direktoru professor Zülfüqar Əlinin moderatorluğu ilə “Dayanıqlı Ərzaq Sistemi üzrə Gənc Sahibkarlıq və Aqrotexnologiya İnnovasiyası” mövzusu üzrə diskussiyalar keçirilib. 
“İƏT Modeli” proqramı ilk dəfə 2011-ci ildə İƏGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda həyata keçirilib. Həmin dövrdən etibarən bu proqram Azərbaycan təcrübəsinə əsasən, hər il 40-dan artıq İƏT üzv ölkəsində həm milli, həm də beynəlxalq səviyyədə uğurla həyata keçirilir. Proqramın əsas məqsədi İƏT ölkələrində fəaliyyət göstərən gənclərin liderlik qabiliyyətlərinə, kommunikativ və beynəlxalq arenada təmsilçilik bacarıqlarına töhfə verməkdir.

Qeyd etmək lazımdır ki, 2023-cü il ərzində İƏGF Avrasiya Regional Mərkəzinin dəstəyi ilə İƏT Modeli proqramı milli səviyyədə Azərbaycan, İndoneziya, Tatarstan RF, Özbəkistan və Qırğızıstanda keçirilib.










Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO