90-cı illərin ən məşhur qatillərindən biri “Al Kapone” azadlığa çıxdı

90-cı illərin ən məşhur qatillərindən biri “Al Kapone” azadlığa çıxdı

Hazırda oxunan: 90-cı illərin ən məşhur qatillərindən biri “Al Kapone” azadlığa çıxdı

166286

“Al Kapone” kimi tanınan Oleq Pronin 24 ildən sonra həbsdən azad edilib. O, Rusiyada “Orexovskaya” qrupunun ən məşhur qatillərindən biri, təhlükəli qatil dəstəsinin üzvü olub.

Bizim.Media xarici mediaya istinadla xəbər verir ki, Pronin kriminal karyerasına 1990-cı illərin əvvəllərində, Kemerovodan Moskva vilayətinə köçdükdən sonra başlayıb.

Əvvəlcə qəsb və müdafiə ilə məşğul olsa da, sonra daha ağır cinayətlərə keçib. Pronin daha sonra Orexovo-Medvedkovski qrupu ilə birləşən dəstəyə qoşulub.
Pronin 1996-cı ilin yayında narkotik alverçilərinin lideri Mixail Mingazovu öldürən dostu Sergey Frolovu müdafiə edərkən qətldə məharətini nümayiş etdirib. Pronin 22 qətl və 11 qətlə cəhddə təqsirli bilinib.

Pronunlə bağlı ən məşhur və şok hadisə isə xüsusi prokurorluğun böyük müstəntiqi Yuri Kerezə hücum olub. 1998-ci ilin payızında Pronin onu öz evinin yaxınlığında güllələyib.

24 il həbsdən sonra azadlığa çıxan killerin adı Rusiyanın kriminal tarixində ən təhlükəli və məşhur qatillərdən biri olaraq qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO