Pakistanda ticarət mərkəzində yanğın: 10 ölü var

Pakistanda ticarət mərkəzində yanğın: 10 ölü var

Hazırda oxunan: Pakistanda ticarət mərkəzində yanğın: 10 ölü var

166155

Pakistanda Kəraçi şəhərində ticarət mərkəzində yanğın olub, 10 nəfər ölüb.

Bizim.Media “Geo” telekanalına istinadən xəbər verir ki, bu barədə Kəraçi şəhərinin meri Murtaz Vahab məlumat verib.

Mer yanğın nəticəsində 22 nəfərin xəsarət aldığını bildirib. Onlardan 6-nın durumu ağırdır.

Qeyd edilib ki, yanğın ticarət mərkəzinin ikinci mərtəbəsində başlayıb və qısa müddətdə çoxmərtəbəli ticarət mərkəzinin yuxarı mərtəbələrinə qədər yayılıb. Yanğın artıq söndürülüb.
İlkin məlumatına görə, yanğına səbəb elektrik xəttində qısaqapanma olub. Ticarət mərkəzində yanğınsöndürmə sistemi olmayıb.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO