Fransanın cənub-şərqində yerləşən Romanes-sur-Isere şəhərində yeniyetmənin bayram zamanı bıçaqlanaraq öldürülməsindən sonra iğtişaşlar başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “France Bleu” radiostansiyası məlumat yayıb.
Təxminən 50 ilə 100 arasında olan ifrat sağçı fəallar şəhərdəki Monet məhəlləsinin küçələrinə çıxıblar. Onlardan bəziləri zibil qutularını aşırıb, konteynerləri yandırıblar. İyirmi nümayişçi saxlanılıb, üçü yüngül xəsarət alıb.
Nümayişçilər dünyasını dəyişən yeniyetmə üçün ədalət tələb ediblər.
Asayişin qorunmasında 120-yə yaxın təhlükəsizlik qüvvəsi iştirak edib. Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və fişənglər atıblar.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:46 / 26.11.2023
Fransada yeniyetmənin ölümü iğtişaşlara SƏBƏB OLDU
Hazırda oxunan: Fransada yeniyetmənin ölümü iğtişaşlara SƏBƏB OLDU
Hazırda oxunan: Fransada yeniyetmənin ölümü iğtişaşlara SƏBƏB OLDU
166152
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.