İsrail daha 39 fələstinli girovu azad etdi

İsrail daha 39 fələstinli girovu azad etdi

Hazırda oxunan: İsrail daha 39 fələstinli girovu azad etdi

166141

İsrail hakimiyyəti fələstinli girovların ikinci qrupunu - 39 nəfəri azad edib.

Bizim.Media “The Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, azad edilmiş girovları daşıyan avtobuslar İordan çayının qərb sahilinin Beytuniya şəhərinə gəlib.

Bundan əvvəl Fələstinin HƏMAS hərəkatının 20 girovu azad etdiyi bildirilib. Daha sonra İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi 13 İsrail və 4 Tailand vətəndaşının azad edildiyini deyib.
Xatırladaq ki, noyabrın 24-dən HƏMAS ilə İsrail arasında 4 günlük atəşkəs rejimi qüvvədədir. Razılaşmalara görə, bu müddət ərzində qrup 12-13 nəfərlik qruplar şəklində 50 girovu, İsrail isə 150 fələstinli girovu azad etməlidir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO